● FAQ
Tez-tez verilən suallar
İmplant, estetika və ümumi diş müalicəsi haqqında ən çox soruşulanlar.
Konsultasiya ödənişlidirmi?+
İlk konsultasiya ödənişsizdir.
İmplant əməliyyatı ağrılıdırmı?+
Lokal anesteziya ilə proses rahat keçir.
Kəsiksiz implant nədir?+
Diş əti kəsilmədən, tikiş qoyulmadan yerləşdirilən implant üsulu.
Kəsiksiz implant hər kəsə uyğundurmu?+
Xeyr, uyğunluq müayinə ilə təyin olunur.
İmplant nə qədər davam edir?+
Hər hal fərqlidir; düzgün qulluqla uzunömürlüdür.
İmplant yoxsa protez seçməliyəm?+
Müayinədən sonra vəziyyətinizə uyğun seçim izah olunur.
Tam dişsiz çənə bərpa oluna bilərmi?+
Bəli, bir neçə implant üzərində çıxmayan konstruksiya ilə.
Çıxmayan konstruksiya nədir?+
İmplantlar üzərində qurulan, çıxarılmayan sabit protez.
İmplant qonşu dişlərə zərər verirmi?+
Xeyr, qonşu dişlər yonulmur.
Zirkon qapaq təbii görünürmü?+
Bəli, düzgün hazırlananda təbii dişdən fərqlənmir.
Vinir kimə uyğundur?+
Ön dişlərdə estetik düzəliş istəyənlərə.
Zirkon yoxsa vinir?+
Seçim halınıza görə müayinədə izah olunur.
Diş ağartma dişə zərərlidirmi?+
Uyğunluq əvvəlcədən yoxlanır; düzgün tətbiqdə təhlükəsizdir.
Kanal müalicəsi ağrılıdırmı?+
Anesteziya ilə rahat keçir, məqsəd ağrını aradan qaldırmaqdır.
Diş daşı niyə təmizlənməlidir?+
Diş əti sağlamlığını qorumaq və problemlərin qarşısını almaq üçün.
İldə neçə dəfə müayinə lazımdır?+
İldə 2 dəfə tövsiyə olunur.
Diş ağrım var, nə etməliyəm?+
Bizə telefon və ya WhatsApp ilə yazın.
Uşağımı nə vaxt diş həkiminə gətirməliyəm?+
Erkən yaşdan baxım vərdişə çevrilməlidir.
Uşaqlar üçün xüsusi yanaşma varmı?+
Bəli; cəsarətli kiçik xəstələrə “Cəsarət” medalı verilir.
WhatsApp ilə sual verə bilərəmmi?+
Bəli, WhatsApp mövcuddur.
Ünvanınız haradadır?+
Naxçıvan şəhəri, Zəfər Parkı ilə üzbəüz.
Qabaqcadan qeydiyyat lazımdırmı?+
Telefon və ya WhatsApp ilə qeydiyyat tövsiyə olunur.
Diş həkimindən qorxuram, nə etməli?+
Hər addımı izah edirik; narahatlığınızı bildirin, prosesi sizə uyğunlaşdırırıq.
Saralmış dişlər müalicə olunurmu?+
Bəli; səbəbə görə təmizlik, ağartma və ya estetik bərpa tətbiq olunur.
İlk görüşdə nə baş verir?+
Müayinə, vəziyyətin izahı və fərdi planlama.
Sualınız siyahıda yoxdur?
WhatsApp ilə yazın, cavablandıraq.